İsmayıllıda İvanovka kəndinin də XARABI ÇIXDI... - Kolxoza NİFAQI KİM GƏTİRDİ?
(17-12-2022, 09:00)


  

 

 

İsmayıllıda İvanovka kəndinin də XARABI ÇIXDI... - Kolxoza NİFAQI KİM GƏTİRDİ?

Özünün SSRİ-dən qalma köhnə kolxoz idarəetməsi ilə vahid təsərrüfat kimi diqqətə gələn İsmayıllının İvanovka kəndindəki icma birliyi sarsılma üzrədir. Bu barədə  kənd sakinləri məlumat veriblər.
Sakinlər yazır:
"Hörmətli  redaksiya. İvanovkada özünü investor kimi təqdim edən Vidadi Əliyev adlı şəxs kolxoz sədri ilə razılaşaraq kəndin xeylı torpaqlarına sahiblənib. Bu da camaat tərəfindən narazılığa səbəb olub".
Narazı sakinlər daha sonra videomaterial təqdim edirlər:

Kənddəki özbaşınalıqlara diqqət çəkən kənd sakinləri ölkə rəhbərliyindən kömək istəyirlər. Sakinlər dia.az-a yazır:

"Hazırda İvanovkada əhali arasında ciddi narazılıq baş qaldırmaqdadır. Buna görə kənd sakinləri olaraq dia.az vasitəsilə səsimizin Prezidentə çatdırılmasını istəyirik. Xahiş edirik bizə kömək edin".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 235

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930