Azərbaycanda məhbus xəstəxanada vəfat edib
(6-12-2022, 11:00)


Azərbaycanda məhbus dünyasını dəyişib.

Hadisə bu gün səhər saatlarında Şəki Rayon Mərkəzi Xəstəxanasında baş verib. Şəki Penitensiar müəssəsində cəza çəkən 1975-ci il təvəllüdlü Yevlax şəhər sakini Kamal Şəmistan oğlu Abdullayev ötən gün səhhəti ilə bağı Şəki RMX-na yerləşdirilib. K. Abdullayevdə bu gün səhər saatlarında bioloji ölüm faktı qeydə alınıb. Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomita Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 111

Xəbər lenti
12-11-2025 11:00