Quzanlıda zibilxanaya çevrilən əraziyə küçə itləri dadanıb - "Uşaqlarımızı küçəyə buraxmağa qorxuruq"
(24-11-2022, 09:30)


Quzanlıda zibilxanaya çevrilən əraziyə küçə itləri dadanıb - "Uşaqlarımızı küçəyə buraxmağa qorxuruq"


Ağdam rayonu Quzanlı qəsəbəsindən şikayət var. Qəsəbənin Heydər Əliyev prospektində antisanitar vəziyyət hökm sürür. Ərazi tullantılardan günlərlə təmizlənmədiyindən belə xoşagəlməz hal müşahidə olunur.
Belediyye.net-ə yazan sakinlər sahibsiz itlərin prospektə dadandığını deyirlər.

"Quduz olma ehtimalını nəzərə alsaq, sürü ilə gəzən küçə itləri həyatımız üçün təhlükə mənbəyidir. Uşaqlarımızı küçəyə buraxmağa qorxuruq", - şikayətçi sakin deyir.

Sakinlər bildirirlər ki, qəsəbənin sözügedən ərazisində zibil konteyneri olmadığından bu vəziyyət yaranıb.

Deyirlər ki, təkcə sakinlərin yox, obyekt işlədən sahibkarların da ətrafın çirklənməsində payı var. Aidiyyatı qurumlar isə ərazini təmizləmək istəmir.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 125

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930