Gömrükçülərin maaşları NİYƏ VERİLMİR? - Naxçıvandan SUAL...
(22-11-2022, 09:39)
Naxçıvanda total təftiş başlayandan yerli məmurlar başlarını elə itiriblər ki, hətta vəzifə öhdəliklərini belə yetirməyi "unudurlar". Hər halda, baş verənlərdən anlaşılanı budur. Bu da haqlı olaraq əlavə narazılıqlara səbəb olmaqdadır.
Məsələn Naxçıvan gömrüyünün işçiləri giley edirlər və şikayətlərindən anlaşılanı odur ki, dünənə qədər Vasif Talıbova söykənib istədiyini edən Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli də artıq nə edəcəyini bilməyənlərdəndir.
Naxçıvan gömrükçüləri adından edilən müraciəti təqdim edirik: "Artıq 2 aya yaxındır, maaşlarımızı ala bilmirik. Biz Səhət Həbibbəyli kimi başqa yerlərdən, qanunsuz tranzitlərdən pul qazanmırıq. Ayın başından sonuna qədər çatmayan cüzi maaşlarla dolanırıq. Bir gün maaşı gec alanda az qala hümanitar fəlakətlə üzləşirik.
Dostdan, qardaşdan borc alırıq. Naxçıvan hakimiyyətinin Bakı qarşısında maliyyə hesabatı verə bilməməsi səbəbindən biz niyə ac qalmalıyıq? Axı bizim də uşaqlarımız var. Özümüz bir tərəfə, uşaqlarımızın üzünə baxa bilmirik".
Məsələ ilə bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ana səhifəyə qayıt
Oxunub: 175
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər