“Zəfər tarixi”ni çap edən şirkətin 1 milyona yaxın vergi borcu var - İLGİNC FAKT
(14-11-2022, 14:00)
Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyi ilə “Çaşıoğlu Elm-İstehsalat” MMC (VÖEN- 1300069061) arasında 9-cu siniflər üçün "Zəfər tarixi" dərs vəsaitinin çap olunması ilə bağlı müqavilə bağlanıb. Müqaviləyə əsasən Nazirlik 112 səhifədən ibarət olacaq 154 min 980 ədəd kitab üçün MMC-yə 216 min 916 manat 20 qəpik ödəyəcək. Rəqəmlərdən də göründüyü kimi, bir ədəd kitabın çapı üçün 1 manat 69 qəpik vəsait xərclənəcək.
Elm və Təhsil Nazirliyi “Ümumi təhsil müəssisələrinin 9-cu sinifləri üçün "Zəfər tarixi" dərs vəsaitinin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması”na dair tender keçirib.
Tender Komissiyasının qərarına əsasən qalib “Çaşıoğlu Elm-İstehsalat” MMC olub və həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb.
Məlumat üçün bildirək ki, 3 min 980 manat nizamnamə kapitalı olan “Çaşıoğlu Elm-İstehsalat” MMC-nin qanuni təmsilçisi Hüseynov Ülfət Hikmət oğludur. Şirkət 26 sentyabr 1995-ci ildə dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, “Çaşıoğlu Elm-İstehsalat” MMC-nin ötən günə olan tarixə görə 939 min 398 manat 39 qəpik vergi borcu var.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.
Ana səhifəyə qayıt
Oxunub: 160
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Yanvar 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
Seçilənlər









