Baba Rzayevin qardaşı da BÜDCƏYƏ DARAŞIB... - BU DA FAKT!!!
(28-10-2022, 10:00)
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Tender müsabiqəsinin qalibi "Electro Construction" QSC (VÖEN – 1403828771) olub. Müsabiqənin şərtinə görə "Electro Construction" QSC AZAL-a Heydər Əliyev Beynəlxalq Aeroportunun perron ərazisindəki işıq dirəklərini qidalandıran paylayıcı şkafların döşəməüstü panellərini satacaq və qarşılığında 49 min 311 manat 2 qəpik alacaq.
Nizamnamə kapitalı 2000 manat olan "Electro Construction" QSC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-də yerləşir. Şirkətin qanuni təmsilçisi İslamov Mustafakamal Məhiyəddin oğludur.
Məlumat üçün bildirək ki, "Electro Construction" QSC-nin qeydiyyatda olduğu ünvanda çoxsaylı şirkətlər qeydiyyata alınıb. Bu şirkətlər “Azərişıq” ASC-nin keçmiş rəhbəri, hazırda “Azərenerji” ASC-nin prezidenti olan Baba Rzayev ilə qohumluq əlaqələri olan şəxslərə məxsusdur.
Məsələn, Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-də qeydiyyatda olan “Zirə Aqropark” MMC-nin (VÖEN – 1503134451) bir il əvvələ qədər qanuni təmsilçisi Soltanov Ayaz Üzeyir oğlu olub. Bu şəxs eyni zamanda “FF Construston” MMC-nin (VÖEN – 1500616851) qanuni təmsilçisidir. “FF Construston” MMC-nin hüquqi ünvanı isə Baba Rzayevin kürəkəni Fərid Fərhadzadənin qeydiyyatda olduğu – Fətəli xan Xoyski pr., ev 134, m. 28-də yerləşir.
Bundan başqa Ziya Bünyadov, ev 2071-də “GBS” QSC adlı (VÖEN-1500855231) şirkət də qeydiyyatdadır. Həmçinin “GBS” adı ilə başlayan başqa bir şirkətə - “GBS Constrasion Electro Mechanical Systems” MMC-yə (VÖEN - 1501472741 ) Baba Rzayevin qardaşı Emin Rzayev rəhbərlik edir.
Ana səhifəyə qayıt
Oxunub: 231
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Yanvar 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
Seçilənlər







