AZƏRBAYCANLI İŞ ADAMI NECƏ ÖLDÜRÜLÜB? - Qətlin sifarişi üçün 15 min dollar vəd edilib + FOTOLAR
(14-10-2022, 09:30)
2019-cu ildə Rusiyanın Arxangelsk şəhərində öldürülən 27 yaşlı azərbaycanlı iş adamı Hüseynov Ruslan Arif oğlunun qətlinin sifarişli olduğu müəyyənləşib.
Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Varis Səmədov, Məhəmməd Lətifov və Şahin Qasımzadəyə hökm oxunub.
Varis Səmədov 16 il 6 ay, Məhəmməd Lətifov 15 il, Şahin Qasımzadə isə 15 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Cinayət hadisəsinə gəlincə, Ağdaşda “Taxta-şalban Məhəmməd” kimi tanınan iş adamı Məhəmməd Əliyev 2018-ci ildə Ruslan Hüseynovun qardaşı Rauf Hüseynovla iş anlaşması əldə edib. Razılaşmaya görə, Rauf Hüseynov Məhəmməd Əliyevdən 45 700 000 rubl alıb. Bu pulun qarşılığında Rauf Məhəmməd Əliyevə 18 000 kubmetr taxta materiallarını göndərməli olsa da, sadəcə, 14 459 320 rubl dəyərində mal göndərib. Müqavilənin bitməsinə baxmayaraq, Rauf Hüseynov malın qalanını göndərməyib. Nəticədə tərəflər arasında mübahisə düşüb.
Məhəmməd Əliyev ofisində telefonla Rauf Hüseynovla mübahisə edən zaman bunu Varis Səmədov eşidib. O, bu işi öz üzərinə götürərək məsələni həll edəcəyini bildirib.
Bundan öncə isə Məhəmməd Əliyev Rauf Hüseynovun rəhbəri olduğu şirkətin əsl sahibi, onun keçmiş həyat yoldaşı İnci Abbasova ilə görüşüb. İş adamının ofisində görüş zamanı İ.Abbasova əri ilə danışacağını, borcun qaytarılması üçün köməklik edəcəyini bildirib. Lakin qısa müddət sonra Rauf Hüseynovun pulu qaytarmaq barədə düşünmədiyini bildirib. Bu zaman İnci Abbasova Məhəmməd Əliyevə keçmiş həyat yoldaşı Rauf Hüseynov və qardaşı Ruslan Hüseynovla birgə intim münasibətdə olarkən lentə aldığı video və fotoları təqdim edib.
Fotoda iş adamı Məhəmməd Əliyev