"İmam"a aylıq pul verən şəxs alimentə görə məhkəməyə verilib
(5-10-2022, 15:30)



Özünü 12-ci "İmam Mehdi" kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə istintaqı davam edir.

İş üzrə zərərçəkmiş kimi tanınmış Mehman Baxışzadə ilə bağlı istintaq materiallarında göstərilib ki, Mehman Baxızzadə ittiham olunan Aqil Babayevi "İmam Mehdi" kimi qəbul edib, ona ümumilikdə 10 min manat pul verib. Bundan əlavə o, təqsirləndirilən şəxsin evlərinin tikintisində iştirak etsə də, zəhmət haqqını ala bilmədiyini deyib.

Zərərçəkmiş Aqil Babayevin sözü ilə birgə iki övladı olan həyat yoldaşından da ayrılıb: "İmam Mehdi söhbətlərinə görə həyat yoldaşım mənə gülürdü, bu barədə Aqilə danışandan sonra onun "şeytan" olduğunu deyərək ayrılmağı tövsiyə etdi. Bundan sonra həyat yoldaşımdan ayrılıb Aqilin sözüylə başqası ilə evləndim. Kəbinimizi də o kəsdi. Bu evlilikdən bir qız övladımız dünyaya gəlsə də, sonradan bəzi səbəblərdən boşandıq".

Mehman Baxışzadə üçüncü dəfə başqa qadınla evləndiyini, bu günə kimi də onunla birlikdə yaşadığını bildirib. İstintaq zamanı məlum olub ki, illərlə "İmam Mehdi"yə hər ay pul verdiyini iddia edən Mehman Baxışzadə birgə nikahdan dünyaya gələn qızına aliment vermədiyi üçün məhkəməyə verilib.

Zərərçəkmişin keçmiş həyat yoldaşı aliment tələbi ilə Xətai Rayon Məhkəməsində iddia qaldırıb. İddia ərizəsində Mehman Baxşızadənin övladının xərclərini ödəmədiyi, məcbur olub məhkəməyə müraciət etdiyi qeyd olunub.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 121

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930