Polis16 yaşlı qızın toyu ilə bağlı araşdırma aparıb
(5-10-2022, 15:00)



Sabirabadda 16 yaşlı qızın toyu olub. 

Sabirabad rayonunun Qarağac kənd sakini, 2006-cı il təvəllüdlü Orucova Günəş Rauf qızına Şirvan şəhərindəki şadlıq saraylarından birində toy mərasimi keçirildiyi bildirilir. Onun Şirvan sakini, 1996-cı il Cəfərov Təbriz Abuzər oğlu ilə toyunun keçirildiyi iddia olunsa da, yeniyetmənin atası qızına nişan mərasiminin keçirildiyini bildirib.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub. Araşdırmalar zamanı qızın 16 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Valideynləri isə övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyini bildiriblər.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 108

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930