“Azercell” abonentlərinin konturları müəmmalı şəkildə silinir - NARAZILIQ VAR!
(27-09-2022, 16:30)


“Azercell” abonentlərinin konturları müəmmalı şəkildə silinir - NARAZILIQ VAR!


“Azercell” müştərilərinin balansından konturları müəmmalı şəkildə silir.

Bu barədə  daxil olan şikayətdə bildirilir ki, “Azercell” abonentlərinə heç bir xəbərdarlıq etmədən onların nömrələrində müxtəlif tətbiqləri aktiv edir.

Abonentlərin nömrəsi öz-özündən ay ərzində günlük “BluTv”, “Azercell Kids”, “Busuu” kimi mobil tətbiqlərə qoşulur. Nəticədə vətəndaşların balansından günlük, aylıq konturlar davamlı olaraq çıxılır. Vətəndaşlar “Azercell”in bu addımı ilə bağlı şirkətin çağrı mərkəzinə müraciət edərək tətbiqləri deaktiv etdirsələr də, növbəti dəfə eyni hal digər tətbiq üzərində təkrarlanır.

“Azercell”in operatorları isə tətbiq kodunun vətəndaşın özü tərəfindən yığıldığını iddia edirlər.

Məsələ ilə bağlı “Azercell”ə ünvanladığımız sorğu cavabsız qalıb. Şirkətin Mətbuat xidmətindən bildirildi ki, şikayət edən vətəndaşın nömrələri araşdırıldıqdan sonra mövqe bildiriləcək. Nədənsə şirkət sonda mövqe göndərməkdən yayındı.

Pravda.az
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 159

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930