Güclü külək Mingəçevirdə də fəsadlar törədib
(26-09-2022, 13:00)
Güclü külək Mingəçevirdə fəsadlar törədib. Hadisə zamanı xəsarət alan olmayıb.
Şəhərin müxtəlif ünvanlarında aşan ağaclar Mingəçevir Yaşıllaşdırma Sanitar Təmizlik İdarəsinin əməkdaşları tərəfinən ərazidən götürülüb. Üzeyir Hacıbəyov küçəsində iri gövdəli çinar ağacı qırılaraq qaz borusunun üzərinə düşüb. Nəticədə həmin ünvanda 3 binada yaşayan 45 abonentə qaz verilişində fasilələr yaranıb.
Külək, həmçinin şəhərin Nizami, Nəriman Nərimanov, Aşıq Qurbani, Rəsul Rza küçələrində də müxtəlif növ ağacları kökündən qoparıb.
Ana səhifəyə qayıt
Oxunub: 105
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər