Deputat birinci sinfə gedəcək şagirlərlə görüşüb, hədiyyələr paylayıb - FOTOLAR
(12-09-2022, 10:30)



Milli Məclisin üzvü, Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov yeni tədris ili ərəfəsində təmsil etdiyi Şabran və Siyəzən rayonlarının bir sıra kəndlərində olub, valideyn və şagirdlərlə görüşüb.

Bu haqda S.Qurbanov sosial şəbəkədə məlumat verib.

“9-10 sentyabr tarixlərində dostum, İnci Şirkətlər Qrupunun rəhbəri Mikayıl Yusifov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev və bir çox təhsil işçiləri ilə birlikdə Şabran rayonu üzrə Xəlfələr, Dağbilici, Xəlilli, Çölquşçu, Çayqaraqaşlı, Hacıqaraqaşlı, Aygünlü və Xırdaoymağa kənd məktəblərində, Siyəzən rayonunun isə Məşrif, Qozağacı, Dağqyşçu, Ramazanov adına 5 saylı şəhər məktəbi, Gilgilçay və Tağay orta məktəblərində 1-ci sinfə gedəcək bütün şagirdlərimizə məktəbli çantası və lazım olan bütün dərs ləvazimatları hədiyyə etdik. Eyni zamanda adı çəkilən məktəblərin kitabxanalarına 300-dən artıq əlavə dərs vəsaiti, müəllimlərinə isə müxtəlif kitablar hədiyyə olundu. Dəstəyə görə İnci Şirkətlər Qrupuna öz təşəkkürümü bildirirəm”.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 106

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031