Narkotikə qurşanan gömrük əməkdaşları ilə bağlı yeni iddia - Siyahıda qadınlar da var
(9-09-2022, 11:30)



Bir neçə gün bundan öncə mediada Gömrük Komitəsinin sədr əvəzi, general-leytenant Şahin Bağırovun gömrük əməkdaşlarını kütləvi şəkildə işdən çıxardığına dair xəbərlər yayıldı.

Bildirilirdi ki, sədr əvəzi Gömrük Komitəsi əməkdaşlarını narkoloji analizdən keçirib.

Nəticədə Hövsanda və digər postlarda işləyən gömrük əməkdaşlarının narkotik istifadəçisi olduğu aşkarlandığı, bu səbəbdən Şahin Bağırovun onları işdən azad etdiyi bildirilirdi.

Əlavə edək ki, Dövlət Gömrük Komitəsi özü də rəsmi məlumat yayaraq, narkoloji analizlərdən keçməyən gömrük əməkdaşlarının işdən çıxarılmasına münasibət bildirmişdi. Qeyd olunurdu ki, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə və digər qanunvericilik aktlarına əsasən gömrük əməkdaşları mütəmadi olaraq tibbi müayinədən keçirilir və müvafiq tədbirlər görülür.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 115

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930