Azərbaycanda bir milyonluq dələduzluq - İki nəfər saxlanılıb + FOTO/VİDEO
(6-09-2022, 07:30)



Sosial şəbəkələrdə kriptovalyuta alqı-satqısı elanları yerləşdirərək insanları aldadan və zərərçəkənlərə 1 milyon manata yaxın maddi ziyan vuran şəxslər saxlanılıblar.

Bu barədə DİN-dən məlumat verilib. Məlumata görə, naməlum şəxslərin “instagram” sosial şəbəkəsində və müxtəlif xəbər portallarında elanlar yerləşdirərək pul qismində yatırım edəcəkləri halda beynəlxalq maliyyə birjalarında ticarət əməliyyatları və kriptovalyuta alqı-satqısı həyata keçirmək yolu ilə külli miqdarda maddi vəsait qazanacaqları adı altında vətəndaşları aldatmaları barədə Daxili İşlər Nazirliyinə çoxsaylı müraciətlər daxil olub. 

Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-texniki tədbirlər nəticəsində zərərçəkənlərin etibarından sui-istifadə edərək onları qeyd edilən yolla aldadan Rəşid Bayramov və tanışı Vüqar Əliyev saxlanılıblar. Müəyyən edilib ki, bu şəxslər instaqram sosial şəbəkəsində “_bayramoff_666_” və “shahra_mmc” adlı profillər yaradaraq onlara müracət edərək pul göndərən şəxslərə kriptovalyuta alqı-satqısı və beynəlxalq birjalara yatırım etməklə artan xətt üzrə gəlir əldə edəcəkləri barədə yalan vədlər veriblər. 

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 127

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930