Allahşükür Paşazadə Tbilisidə camaat namazında iştirak edib
(24-07-2022, 07:31)



Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Tbilisi Cümə məscidində camaat namazı qılınıb.

Namazda Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Şeyx Hacı Ramin İgidov, Şərqi Gürcüstanın müftisi Etibar Eminov, Qərbi Gürcüstanın müftisi Adam Şantadze, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də iştirak edib.

Din xadimləri Azərbaycan və Gürcüstanda sülh, əmin-amanlığın hökm sürməsi üçün dualar ediblər.

QMİ sədri GMİ-nin rəhbər şəxsləri ilə görüş də keçirib. Görüşdə Gürcüstan hökumətinin müsəlman icmasına qayğı və dəstəyindən söz açılıb, Gürcüstan və Azərbaycan arasında dini sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.

Şeyxülislam A.Paşazadə Gürcüstanın azərbaycanlı icmasının dövlətçilik naminə gördüyü işləri yüksək qiymətləndirib. O, din xadimlərinə işğaldan azad olunan Qarabağ torpaqlarını ziyarətə görə minnətdarlığını bildirərək qeyd edib ki, bu səfər Azərbaycanda çox yüksək dəyərləndirilib.

GMİ sədri öz növbəsində rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat təqdim edib, Azərbaycanla dini sahədə əməkdaşlığın xüsusi önəm kəsb etdiyini bildirib.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 130

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930