5 il əvvəl Qubada, 10 il əvvəl isə Bakıda baş verən qətl hadisələrinin üstü açılıb
(22-07-2022, 15:30)



Cinayətkarlıqla mübarizədə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqələr səmərəli təşkil olunub.

Bu, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində 2022-ci ilin birinci yarımili ərzindəki fəaliyyətin yekunlarına dair videokonfrans formatında keçirilən əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun və Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq qurumları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində 5 il əvvəl Quba rayonunun ərazisində 2 nəfərin, 10 il əvvəl isə Bakı şəhəri Yasamal rayonunun ərazisində 1 nəfər vətəndaşın qətlə yetirilməsi cinayətinin üstü açılıb.

Bundan başqa birgə tədbirlər nəticəsində barəsində axtarış elan edilmiş 5 nəfər saxlanılaraq istintaqa təqdim edilib, 19 kiloqramdan çox müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən könüllü olaraq təqdim olunmuş 1 ədəd tapança, 1 ədəd tüfəng, 1 ədəd qumbara və 78 ədəd güllə (7.62 mm) ərazi polis orqanlarına təhvil verilib.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 118

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930