Xaçmazdakı yanğından sonra kəndlər işıqsız qalıb
(12-07-2022, 12:30)
Xaçmaz rayonunun 20-dən artıq kəndi elektrik enerjisiz qalıb.Gündüz saatlarından etibarən rayonda baş verən yanğından sonra kəndlərdə hazırda elektirik enerjisi yoxdur.
Xaçmaz Elektrik Şəbəkəsinin rəisi Ruhin Məmmədov "Report"un yerli bürosuna bildirib ki, ərazidə RTS, Əhmədoba, Nərəcan və digər xətlərdə elektrik enerjisi yoxdur.
Qeyd olunub ki, yaranmış qəza ilə əlaqədar elektrik xətti gərginlikdən ayrılıb.Qəzanın aradan qaldırılması üçün işlər aparılır, şəbəkənin birqadaları əraziyə səfərbər olunublar və yaxın vaxtlarda işlər tamamlandıqdan sonra kəndlərin elektrik enerjisi bərpa olunacaq.
Ana səhifəyə qayıt
Oxunub: 128
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar