Bu il Bakıda 1 751 şagird məktəbi fərqlənmə attestatı ilə bitirib
(8-07-2022, 13:30)



Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 1 751 məzunu məktəbi fərqlənmə attestatı ilə bitirib.

Bu barədə idarədən məlumat verilib.

Belə ki, onlardan 982 nəfər ümumi orta təhsil səviyyəsi üzrə, 769 nəfər isə tam orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub.
Qeyd edək ki, ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir.
Xatırladaq ki, məzunlara ümumi orta təhsil haqqında və ya tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 125

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930