Xalidə Kəngərli ölümündən əvvəl hansı fotoları yaxınlarına göndərib? – YENİ DETALLAR
(8-07-2022, 11:00)



Yaşadığı binadan yıxılaraq həyatını itirən tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin ölümü ilə bağlı yeni detallar üzə çıxıb. Bizim.Media-nın məlumatına görə, Xalidə Kəngərlinin ölümündən əvvəl döyülməsi ilə bağlı bədənində müxtəlif işgəncə izləri ilə əlaqədar fotolar olub.

Yaxınları tərəfindən həmin fotolar istintaqa təqdim edilib, araşdırılması istənilib.

Ölüm hadisəsi baş verəndən sonra olayla bağlı mediada və sosial şəbəkələrdə yayılan bəzi məlumatlarda Xalidə Kəngərlinin ölümündən əvvəl əri Rüfət Kəngərli tərəfindən şiddətə məruz qaldığı iddia edilib.

Xalidə Kəngərli əri tərəfindən döyülməsi ilə bağlı bədənində olan şiddət izlərini çəkib və yaxınlarına göndərib.
Mərhum həkimin bu fotoları çəkməsinə səbəb onun ərindən boşanmaq istəməsi olub. O, bu fotoları boşanma iddiası ilə bağlı keçiriləcək məhkəmədə istifadə etmək istəyib.
Qeyd edək ki, iyunun 27-də saat 17 radələrində 1984-cü il təvəllüdlü Xalidə Kəngərli paytaxtın Yasamal rayonu ərazisində yerləşən binanın 10-cu mərtəbəsində yaşadığı mənzilin eyvanından düşərək ölüb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 121

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031