Qurbanlıq heyvanların kəsimi üçün bölgələrdə səyyar məntəqələr quraşdırılacaq
(29-06-2022, 16:00)
"Qurbanlıq heyvanların kəsimi üçün bölgələrdə səyyar məntəqələr quraşdırılacaq".
Bunu AQTA-nın Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev jurnalistlərə açıqlamasında deyib.
AQTA rəsmisi bildirib ki, Qurban bayramı günlərində əvvəlki illərdə olduğu kimi, qurbanlıq heyvan kəsimi və satışı xidmətləri müvafiq qurumlarla birlikdə əvvəlcədən müəyyənləşdirilmiş ünvanlarda təşkil ediləcək: "Bu satış məntəqələrində baytarlıq nəzarətindən keçən və sanitar-gigiyenik tələblərə uyğun kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq. Bununla yanaşı, regionlarda AQTA ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı nəzərdə tutulur".