Səs yazısı yayılan müəllim işdən çıxarıldı
(21-06-2022, 10:30)


Bakı Dövlət Universiteti səs yazısı yayılan müəllimlə bağlı açıqlama yayıb.

Universitetdən verilən xəbərə görə, səs yazısı yayılan Sədaqət Əhmədovanın əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Sədaqət Əhmədovanın tələbələrdən rüşvət istəməsi ilə bağlı səs yazısı yayılmışdı. Belə ki, müəllimin tələbələrdən pul almaq üçün onları imtahandan kütləvi şəkildə kəsdiyi iddia edilib. Müəllim səs yazısında deyib ki, imtahandan kəsilən zaman tələbələr üç-beş min manat arası pul ödəsələr, məsələ həllini tapar.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 144

Xəbər lenti
12-11-2025 11:00