Keçirilən tədbirdə şəhidlərə hörmətsizlik - VİDEO
(21-06-2022, 10:00)


"Şuşa, sən Azadsan !" Dedizdirən oğullar, haqqınız ödənməz.
Şuşa üçün, Qarabağ üçün, hər qarış torpaq üçün analarını, bacılarını, yarını gözüyaşlı, körpələrini atasız qoymağı gözə alan oğullar, heyf sizə...

"Şuşa, sən azadsan" dedirən oğullara, "heyf sizə" dedirənlər isə ilk növbədə onlara güya diqqət ayırdığını göstərmək üçün fotosessiyalar edib sosial şəbəkələrdə, saytlarda paylaşan - əslində isə qazilərin, veteranların halal haqqını vermək üçün aylarla yollarda get-gələ salan məmurlardır, sonra da onların adından istifadə edib, pul, reytinq qazanan bəzi işbazlar.
Aşağıdakı görüntülərə diqqətlə baxın!

VİDEO BURADA

Gördüyünüz kimi canı bahasına qazandıqları zəfərlə bizə bu gün oxuyub - oynama həvəsi verən oğulların çərçivəyə salınmış kiçik portretləri birbaşa səhnənin döşəməsi üzərinə - sevgidən oxuyan xanımın ayaqlarının yanına düzülüb.

Yox, təbii ki, səhnə tərtibatının müğənniyə aidiyyatı yoxdur. Doğrudur, ən azından o səhnədə oxumaqdan imtina edə bilərdi, etməyib.
İnsanlıq halı, bəlkə də ağlına gəlməyib.
Bəs tədbirin təşkilatçısı hansı düşüncə ilə səhnəyə bu cür dizayn düşünüb.

Yeri gəlmişkən, görüntülərə köklənən emosiyalarımız səbəbilə tədbirin açıqlamasını verməyi unutduq.

Gördüyünüz "konsert proqramı" "Salyan şossesi", "Şıxov çimərliyi" deyilən ərazidə - Xəzərin sahilində yerləşən "Eldorado"restoranında keçirilən, 15 iyun"Milli Qurtuluş Günü"nə həsr olunmuş tədbirdən qısa bir görüntüdür. Tədbirin təşkilatçısı isə deyilənə görə verlişləri və aparıcılarının davranışları ilə çoxlarının gülüş hədəfinə çevrilən bir "YouTube" kanalının rəhbəri Məleykə Göyçəli adlı xanımdır. Ən "ciddi verlişləri" ilə belə hər kəsdə gülüş doğuran bu kanal, bu dəfə əksinə - təşkil etdiyi əyləncə proqramı ilə - daha doğrusu əylənmək istərkən yol verdiyi ciddi yanlışı ilə izləyənləri qəzəbləndirib.

Özünü "ziyalı" adlandıran şəxslərin bilərəkdənmi, yoxsa bilməyərəkdənmi etdikləri bu hərəkət şəhidlər adına hörmətsizlikdir ki, bu da istənilən şəxs tərəfindən bağışlanması mümkünsüz olan günahdır.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 10

Xəbər lenti
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031