Xırdalan şəhərində növbəti vətəndaş qəbulu keçirilib
(18-06-2022, 13:30)


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron rayonunda vətəndaş qəbulu keçirilib.
Heydər Əliyev Mərkəzində baş tututan vətəndaş qəbulunda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və Xırdalan şəhər sakinləri iştirak edib.
Rayon əhalisi ilə mütəmadi görüşlərin keçirildiyini, Abşeronun, o cümlədən Xırdalan şəhərinin problemlərinin dərindən araşdırıldığnı, məktəb və bağçalarda sıxlığın müşahidə edildiyini bildirən Abdin Fərzəliyev rayon ərazisində görülən işlərdən və bundan sonra atılacaq addımlar barəsində ətraflı məlumat verib.
Sonra çıxış edən sakinlər şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədi ilə istirahət parkının salınmasında, tikintisi başa çatmış yaşayış binalarının təhvil alınmasında, sənədsiz evlərin və torpaq sahələrinin sənədləşdirilməsində, işlə təmin olunmada və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Xırdalan şəhərində növbəti vətəndaş qəbulu keçirilib

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 128

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930