"Məktəblilərin intiharı mediada davamlı müzakirə olunacaq məsələ deyil" - Komitə sədri
(10-05-2022, 12:00)



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məktəblilər arasında intihar halları qeydə alınmasına münasibət bildirib.

B.Muradova jurnalistlərə açıqlamasında deyib ki, belə hallar gündəlik sosial və ənənəvi mediada davamlı müzakirə olunacaq məsələ deyil.

Onun sözlərinə görə, belə məsələlər adətən peşəkarlıq tələb edir:

"Əlbəttə ki, bu cür hadisələr bizim hər birimizi üzərək narahat edir. Ailələrimizdə olan durum, uşaq və yeniyətmələrin vəziyyəti və rastlaşdıqları problemlər bizim diqqətimiz altındadır. Bizim də borcumuz ondan ibarətdir ki, bütün aidiyyəti dövlət qurumları, cəmiyyət və media, o cümlədən, ailələr bu məsələni diqqətdə saxlamalıdır".

"Yeniyetməlik dövrünü hamımiz yaşamışıq və bu dövr çox ehtiyatlı davranmağı tələb edir. Ona görə də bu məsələlərə həssaslıqla yanaşmaq lazımdır. Müvafiq qurumlar hər zaman əlaqəli şəkildə işləyir. Nəzərə almaq lazımdır ki, bu, insanın fərdi-psixoloji durumuna bağlı olan məsələdir. Bəzi hallarda düşüncələr bir yana, nəticələr isə başqa ola bilir" - Komitə sədri əlavə edib.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 121

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930