Qarabağda 9 kənd və qəsəbədə yaşayış məntəqələrinin salınmasına başlanılır
(29-04-2022, 12:30)


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdirma Mərkəzi Füzuli rayonunun Dədəli (1) və Pirəhmədli (2), Kəlbəcər rayonunun Zallar (3) və Yanşaq (4), Xocavənd rayonunun Tuğ (5) və Hadrut (6), Cəbrayıl rayonunun Xudafərin (7), Kəlbəcər rayonunun Zar (8) və Laçın rayonunun Şəlvə (9) kənd və qəsəbələrində yaşayış məntəqələrinin salınmasının əsaslandırılması işləri ilə ilə bağlı elan etdiyi 9 açıq tenderə yekun vurub.

Tenderlərin qalibi “BİMD” QSC (1-4-cü tenderlər), "REM Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited" şirkətinin yerli filialı (5-6-cı tenderlər), “Bureau Mühit” MMC (7-9-cu tenderlər)-dir.

Qalib şirkətlərə müvafiq olaraq 1,53 milyon manat, 4,366 milyon manat və 848 min manat, ümumilikdə isə 6,744 milyon manat ödəniləcək.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 129

Xəbər lenti
12-11-2025 11:00