Salyan rayon Heydər Əliyev Mərkəzində Şuşa ilinə həsr olunmuş "Şuşa zəfəri Azərbaycan tarixinin qəhrəmanlıq səlnaməsidir" adlı tədbir keçirilmişdir.
(21-04-2022, 19:18)



image

 

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Sevindik Hətəmov Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı Sərəncama əsasən 2022-ci ilin “Şuşa ili” elan edilməsi ölkə başçısının Azərbaycan xalqının tarixi, mədəni-mənəvi irsinə verilən böyük qiymət və dəyərin bariz nümunəsi olduğunu vurğulamışdır. Rayon rəhbəri çıxışında qeyd etmişdir ki, ölkəmizin dünya birliyində getdikcə artan reytinqi, ordu quruculuğunun inkişafına verilən xüsusi önəm və uğurlu xarici siyasət bu inamı gerçəkliyə doğru addım-addım yaxınlaşdırırdı. Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız, o cümlədən Şuşa işğaldan azad edildi. Bu sevinci xalqımıza yaşatdığı üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Ordumuza, şəhidlərimizə və qazilərimizə hər zaman minnətdar olacağıq.  Daha sonra tədbirdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov Qarabağın tacı olan Şuşanın qəhrəmanlıqla alınmasından söz açmış, ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbə, Şuşanın azad edilməsi Azərbaycan hərb tarixinin ən yaddaqalan, şanlı səhifələrindən olduğunu vurğulamışdır. Sonra Şuşaya həsr olunan “Şuşa sən azadsan” sənədli film nümayiş olunmuşdur.

 

Kanal4.az

Emin Xudiyev.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 151

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930