Məşhur şirkətin direktoru istefa verdi
(5-05-2018, 12:30)

Məşhur şirkətin direktoru istefa verdi
“Air France” şirkətinin direktoru Jan-Mark Janayyak vəzifəsindən ayrılıb.

“Le-Figaro” xəbər verir ki, o, bir müddətdir maaşlarının artırılması məqsədilə kütləvi tətillər keçirən işçilərin təklifini qəbul etmiş və müqavilə sənədi hazırlamışdı.

Lakin, həmin sənəd idarə heyətində qəbul edilməyib. Jan-Mark Janayyak da buna görə istefa verib.

Müqavilədə işçilərin maaşının bu il ərzində 2 faiz, növbəti üç il ərzində isə 5 faiz artırılması nəzərdə tutulurdu.

Qeyd edək ki, kütləvi tətillər nəticəsində şirkətə 296 milyon avro ziyan dəyib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 747

Xəbər lenti