Qədim şumerlər hibrid döyüş eşşəklərindən istifadə ediblər...
(15-01-2022, 14:30)


Qədim şumerlər hibrid döyüş eşşəklərindən istifadə ediblər...

Alimlər müəyyən ediblər ki, qədim Mesopotamiya sakinləri hibrid eşşəklərdən istifadə ediblər.

 

Müvafiq məqalə “Science Advances” jurnalında dərc olunub. Təxminən 4500 il əvvələ aid təsvirlərə və mətnlərə görə, qədim Mesopotamiyanın elitası müəyyən heyvanlardan istifadə edib. Uzun müddətdir ki, bu heyvanların hansı növdən olduğu elm adamları üçün sirr olaraq qalırdı, çünki atların əhliləşdirilməsinin bir az sonra baş verdiyi məlum idi. Yazı lövhələrindəki mətnlərdə bəzən qiymətyüksək olan prestijli kunqa heyvanının adı çəkilirdi. Xüsusilə onlardan döyüş arabaları üçün istifadə olunurdu.

 

Fransanın Jak Mono İnstitutunun alimləri Suriyanın şimalındakı Umm əl-Mərra dəfn yerindən nümunələri götürülmüş “kunqa”ların genotipini öyrənərək onların DNT-lərini müasir və qədim at və eşşəklərlə müqayisə ediblər.

 

Məlum olub ki, orada basdırılan heyvanlar vəhşi atlar sinfindən olan ev eşşəyi və qulanın hibridləridir. Bu hibridlər nəsil verə bilmədiyinə görə onları çoxaltmaq üçün erkək qulanı yenidən əldə etmək lazım olurdu. Belə bir səhnə Nineviya barelyefində təsvir edilmişdir.

 

Tədqiqatlar göstərib ki, şumerlər bölgədə məskunlaşan vəhşi atları əhliləşdirmək əvəzinə iki valideynin keyfiyyətlərini birləşdirərək eşşəklərdən daha güclü və sürətli, lakin qulanlardan daha yaxşı idarə olunan hibridlər yetişdirərək onlardan istifadə edibr.

 

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 122

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930