Mingəçevirdə fermadan mal-qara oğurlayan şəxslər saxlanılıb
(15-01-2022, 12:00)

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mal-qara oğurluğu ilə məşğul olan şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbəyə müraciət edən ferma sahibi ona məxsus təsərrüfatdan iribuynuzlu heyvanların oğurlandığını bildirib.
Hadisəni törədən naməlum şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı üç nəfər Mingəçevir şəhər sakini –Vüsal Nəbiyev, Elməddin Qocayev və İsa Məmmədov cinayətdə şübhəli bilinərək saxlanılıblar. Onlar əməllərini etiraf edib və oğurladıqları mal-qaranı Bərdə rayonuna apararaq orada satdıqlarını bildiriblər. Tədbirlərin davamı olarq həmin iribuynuzlu heyvanlar isə satılan şəxsdən götürülərək sahibinə geri qaytarılıb.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır.
Ana səhifəyə qayıt
Oxunub: 110
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər