Şərif Ağayar yeni sayt açır
(11-01-2022, 13:30)

Tanınmış yazıçı, jurnalist Şərif Ağayar yeni ədəbiyyat saytı açır. Bu barədə onun özü bildirib.

Yazıçının sözlərinə görə, sayt yeniyaz.az adlanacaq:

“Saytı eyni adlı Facebook səhifəsindən də izləyə biləcəksiniz.

yeniyaz.az-ı mən idarə edəcəyəm.

Yazı göndərmək lstəyənlər üçün elektron ünvanı qeyd edirəm: [email protected]

Şüarımız belədir: Yalnız Sənət!”,- Şərif Ağayar bildirib.

Qeyd edək ki, Ş.Ağayar hazırda “Qanun” Nəşrlər Evində redaktor kimi fəaliyyət göstərir.

 

O, ötən il noyabrın 1-də 12 ildir çalışdığı Kulis.az saytının baş redaktoru vəzifəsindən istefa verib.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 122

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930