Rasim Əhmədli dövlətlərarası axtarışa verildi - RƏSMİ
(6-01-2022, 10:30)

Əvvəllər bir neçə maddə ilə məhkum olunmuş Rasim Əhmədli İkram oğlu Cinayət Məcəlləsinin 178.1-ci maddəsilə dövlətlərarası axtarışdadır.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.
DİN rəsmisi qeyd edib ki, R.Əhmədlinin yerinin müəyyən edilib saxlanılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Rasim Əhmədli adlı şəxs özünü Fövqəladə Hallar Nazirliyinin polkovniki kimi qələmə verərək Türkiyənin Marmaris bələdiyyəsinin rəhbəri Mehmet Oktay ilə görüşüb, ona hətta FHN rəhbəri general-polkovnik Kəmaləddin Heydərovun adından hədiyyə də təqdim edib.
O, görüş zamanı ötən ilin iyulunda Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində FHN əməkdaşı olaraq şücaət göstərdiyini bildirib və buna görə bələdiyyə sədri tərəfindən təltif edilib. Rasim Əhmədli bələdiyyə rəhbərliyini aldatsa da, onun yalanı çox çəkməyib. Artıq FHN də məsələ ilə bağlı açıqlama yayaraq belə bir şəxsin nazirliyin əməkdaşı olmadığını təsdiqləyib.
Sözügedən şəxs Ukraynada da fırıldaqçılığa əl atıb, özünü qazi kimi təqdim edərək, müxtəlif məbləğlərdə vəsaitlər əldə edib.
Ana səhifəyə qayıt
Oxunub: 159
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər