Qanunsuz ov edənlər saxlanıldı
(22-10-2021, 11:19)

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Ağçay kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, araşdırma zamanı onların Şəki rayonu Cumakənd kənd sakinləri Ramil Şərifov və Çingiz Cəmilov olduqları müəyyən edilib.

 

Həmin şəxslərdən ov tüfəngi və qanunsuz olaraq ovladıqları çöl heyvanları götürülüb.

 

R.Şərifov və Ç.Cəmilov barəsində Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 124

Xəbər lenti