Qubadlı rayonunun işğalı nəticəsində rayon əhalisinə və dövlətə vurulmuş maddi və mənəvi zərər
(20-10-2021, 11:54)

  
Tarixi Zəngəzur bölgəsinin qapısı sayılan Qubadlı rayonu Qarabağ silsiləsinin cənub-şərqində Bərgüşad və Həkəri çayları hövzəsində yerləşir.1933-cü ildə yaradılmış rayonun ərazisi 802 kvadrat kilometr olub, inzibati cəhətdən 94 yaşayış məntəqəsindən, o cümlədən 1 şəhər və 93 kənddən ibarətdir. Qubadlı toponimi Qubadlı tirəsinin adı ilə bağlıdır. 1823-cü ilə aid mənbəyə görə, Qarabağ xanı İbrahimxəlil xan kəndə məxsus torpaq sahəsini pulla satın almış və oğlu Mehdiqulu xana bağışlamışdı.
Rayon ərazisindən iki böyük dağ çayı keçir. Həkəri-Bərgüşad. Həkəri çayı öz mənbəyini Kəlbəcərdən götürüb. Araza qovuşana kimi bir çox dağ çayları ona qovuşur. Bərgüşad çayının mənbəyi isə Ərikli dağlarından başlayır. Bərgüşad öz gücünü dağ bulaqlarından süzülüb gələn Dəli çay, Şəki çayı, Sisyan çayı, Taxtakörpü çayı, Daşlı dərə çayı, Bəxtiyarlı və Ağa çaylarından alır. Bərgüşad çayı da Həkəri çayı kimi Araza tökülür. Hər iki çay rayonun Qaralar kəndinin yaxınlığında birləşir.
Rayonun bir hissəsi aran olsa da, əsas hissəsi dağlıqdır. Dağlıq yerlər meşə örtüyünə bürünmüşdür. Rayonun Hərtiz və Səngər dağlarındakı şəfalı bulaqları can dərmanıdır. Qubadlılar heyvandarlıqla, tütünçülüklə və taxılçılıqla məşğul olurdular. Qubadlıda hələ istifadə olunmamış böyük əqiq yatağı da var.
Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilmişdir.Ermənistan sılahlı qüvvələrinin təcavüzü nəticəsində Qubadlı rayonunun inzibati yaşayış mərkəzləri üzrə mülki əhaliyə və  Qubadlı  rayonunun  infrastrukturuna  külli miqdarda zərər dəymişdir.
Onlarla tarixi abidə dağıdılıb, yandırılıb, dini abidələr donuz tövləsinə çevrilib, bir sözlə mənfur ermənilər Qubadlı rayonu ərazisində Azərbaycan türkünün izini sübut edən nə varsa hamısını məhv etməyə çalışmışlar. Qubadlı rayonunun erməni işğalı altında olduğu dövrə aid video və foto görüntüləri bunu əyani olaraq bir daha sübut edir.
Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-dərayonun 41 kəndi və Qubadlı şəhəri Ermənistan işğalından azad olundu. Bununla da Qubadlı rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilmişdir.
Bütün bunlara görə, Ali Baş Komandan, böyük sərkərdə, bu Qələbəni bizə yaşadan cənab İlham Əliyevə borcluyuq. Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyirik. 30 ildən çoxdur əzablı, məşəqqətli məcburi köçkünlük həyatı yaşayan insanlarımız öz doğma yurd yerlərinə qayıdıb yaşayacaqlar. Azərbaycanın həmin guşələri yenidən dirçələcək, yurd yerlərimiz, işğaldan azad olunmuş ərazilərimiz yenidən qaynar həyatına dönəcəkdir.
 
Seymur Nuriyev, 
Salyan rayon Sarvan kənd tam orta məktəbin müəllimiшаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 112

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930