İntihar edən 16 yaşlı qız nişanlı imiş - TƏFƏRRÜAT
(15-10-2021, 14:04)


İntihar edən 16 yaşlı qız nişanlı imiş - TƏFƏRRÜAT
Dünən axşam saatlarında Bakıda özünü binanın 9-cu mərtəbəsindən atan qızın ilkin intihar səbəbi məlum olub.
 
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 2005-ci il təvəllüdlü Aynur Eyvazovanın ailəsi əslən Yardımlı rayonunun Avaş kəndindəndir. Bir neçə il öncə Müşfiqabad qəsəbəsində həmin evdə kirayə yaşamağa başlayıblar.
 
Ailə Aynuru 9-cu sinifdə oxuyarkən məktəbdən çıxarıb və təhsildən yayındırıb. Bu yaxınlarda isə ailə üzvləri 16 yaşlı qızı evləndirmək barədə razılığa gəliblər. Nişanlanan Aynurun qarşıdakı günlərdə toyu olacaqmış. Lakin bəlli olmayan səbəblərdən toyun vaxtı dəyişdirilib. İlkin ehtimala görə, 16 yaşlı qız məhz bu səbəbdən başlanan mübahisə nəticəsində özünü ataraq intihar edib.
 
Hazırda istintaq hərəkətləri davam etdirilir.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 109

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930