Oktyabrın 2-dək ölkədə qeyri-sabit hava şəraiti müşahidə olunacaq - XƏBƏRDARLIQ
(28-09-2021, 10:45)


Oktyabrın 2-dək ölkədə qeyri-sabit hava şəraiti müşahidə olunacaq - XƏBƏRDARLIQ
Azərbaycanda gözlənilən hava şəraiti barədə xəbərdarlıq edilib.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 28-dən oktyabrın 1-i gündüzədək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir.
 
Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Sentyabrın 30-da şimal-şərq küləyi arabir 15-18 m/s-dək güclənəcək.
 
Azərbaycanın rayonlarında sentyabrın 28-i şimal və şərq rayonlarından başlayaraq oktyabrın 2-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.
 
Şimal və şərq rayonlarında isə yağışın güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
 
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 113

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930