Əməkdar jurnalist xəstəxanaya yerləşdirildi
(24-09-2021, 14:15)

  "Yeni Təfəkkür" qəzetinin baş redaktoru, əməkdar jurnalist Şəmsiyyə Kərimova ağır vəziyyətdə Gəncədəki Modul tipli xəstəxanaya yerləşdirilib.

Bu barədə onun dostları bildiriblər. Jurnalistin koronavirusa yoluxduğu qeyd edilir.

Şəmsiyyə Kərimovanın qardaşı 7 gün əvvəl xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişib.

Jurnalist yeganə övladını da çoxdan itirib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 178

Xəbər lenti
12-11-2025 11:00