Azərbaycan polisi post qurdu: İran maşınları yoxlanılır
(13-09-2021, 09:18)

Bu gün saat 12:00-dan etibarən Azərbaycan polisi Gorus-Qafan yolu ilə hərəkət edən İrana məxsus yük maşınlarını yoxlamağa başlayıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Xatırladaq ki, son günlər İranın Qarabağa qanunsuz yük daşımaları Azərbaycanı ciddi narahat edib. Bakının etirazına baxmayaraq, bir ay sonra İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olması ilə bağlı görüntülər geniş müzakirələrə səbəb olub.
Eyni zamanda, bu gün məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb.
Ana səhifəyə qayıt
Oxunub: 111
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər