Məmmədov Cahid Murad oğlu meşəni həqiqətən qoruyub, sevən, işinə məsuliyyətlə yanaşan direktordur - foto
(7-09-2021, 18:03)

Əziz oxucular!
Ağcabədidə Regional Meşə Təsərrüfatı İdarəsinin direktoru Məmmədov Cahid Muradoğlu ilə görüşüb, ondan görülən işlər haqqında ümumi məlumat verməsini xahiş etdik.
Cahid Məmmədovun dedikləri: "Ağcabədidə meşəçilik təsərrüfatı hələ 1950-ci ildən fəaliyyətə başlamışdır.
Ağcabədi Meşə Təsərrüfatı rayonun inzibati ərazisində olan meşə sahələrinin bir hissəsini əhatə edir. Rayonumuzun ərazisinin yerləşdiyi bitki zonası üçün xarakterik olan iqlim şəraiti, yağıntının miqdarı, temperaturu, torpaqları və sair əlverişli meşəbitmə şəraiti yaradır. Meşələr rayon ərazisində dəniz səviyyəsindən 130 metr hündürlüyə qədər yayılmışdır. Müəssisənin əhatə etdiyi meşələrin hamısı birinci qrupa aiddir və yüksək suqoruyucu, torpaqqoruyucu və rekrasiyon meşələrə malikdir. Meşələrimizin cins tərkibi palıd, göyrüc, tut, qarağac, akasiya və s.dən ibarətdir. Ən çox yayılanı palıd, göyrüc, qarağac və. s
Onu da qeyd edək ki, meşələrimizdəki ağaclar "Qırmızı kitab”a düşənlərdir. Şabalıdyarpaq, palıd, çinar, tut, qarağac və s. ağaclar qorunur.
Rayon ərazisindən axan çayların hamısı meşə sahillərindən keçir. Bu da
müsbət haldır.
Meşələrin bərpası və genişləndirilməsi diqqət mərkəzində
saxlanır. Bu məqsədlə 27,37 ha tinglik sahəmiz var. Burada eldar şamı, sərv, tuya,
göyrüc, tut, şərq çinarı, qarağac, akasiya cinsləri yetişdirilir ki, hazırda 2.000.000-a
qədər ting yetişdirilir.
Keçən il müəssisədə 75 hektarda – meşə əkini işləri aparılmışdır ki, 250.000 ting əkilmişdir. İl ərzində 1601 kg müxtəlif ağac toxumları tədarük edilmişdir. Bu işə yeni ildə də diqqət artırılacaqdır. 2021-ci ildə 60 hektar sahədə meşə əkini və səpin işlərinin aparılması nəzərdə tutulmuşdur. Buna da 199 min ting əkilməsi nəzərdə tutulmuşdur.
Mərkəzin əməkdaşları işğaldan azad olunmuş Zəngilan, Qubadlı, Cəbrayıl və Füzuli rayonlarının ərazilərində ağac əkmə işlərinə başlamış və payız mövsümündə bu işlərin genişləndirilməsi nəzərdə tutulmuşdur.
Onu da qeyd etmək lazımdır ki, son vaxtlar rayonun məktəbliləri, idarə, müəssisə və təşkilatlarında çalışanlar da yaşıllaşdırma işlərində fəal iştirak edirlər. Deməli, meşələrin mühafizəsi ümumxalq işinə çevrilmişdir. Bütün bunlar biz meşəçiləri sevindirməyə bilməz. Qoy meşələrimiz adamların əs listirahət yerinə çevrilsin".
Bir saatdan çox çəkən müsahibəmiz zamanı hiss etdik ki, Cahid müəllim bu işə təsadüfən gələn kadr deyil. O, meşəni həqiqətən qoruyub, sevən, işinə məsuliyyətlə yanaşan direktordur. Dəyərli vaxtını bizə müsahibə verməyə ayırdığı üçün, Cahid Məmmədov "qaynar-xett.az" Azərbaycan xəbər portalının dostu adına layiq görülür.
Uğurlarınız bol olsun, Cahid Məmmədov!