Şəmkirdə bazarda yanğın olub
(1-09-2021, 10:17)


Şəmkirdə bazarda yanğın olub
Şəmkir rayonunda bazarda yanğın hadisəsi baş verib.
 
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildiirlib.
 
Belə ki, rayonun bazarın ərazisində hər birinin sahəsi 5 m² olan taxta konstruksiyalardan ibarət 7 ədəd köşk və ümumi sahəsi 10 m² olan dəmir konstruksiyadan ibarət ət mağazasının içərisində əşyalar yanıb. Yaxınlıqdakı digər köşklər yanğından mühafizə olunub.
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 131

Xəbər lenti
12-11-2025 11:00