Magistraturaya qeydiyyat yekunlaşdı – FOTO
(26-08-2021, 10:09)


Magistraturaya qeydiyyat yekunlaşdı – FOTO
Ali təhsilin magistratura səviyyəsinə qəbul olanların qeydiyyat prosesi yekunlaşıb.
 
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, statistik göstəricilərə əsasən I tur üzrə 9 min 825 nəfərin, 2-ci tur üzrə isə 643 nəfərin müraciəti ali təhsil müəssisələri tərəfindən təsdiq edilib.
 
Müsabiqənin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 11 min 135 yerin 92.83 faizi dolub. Bu son illər qeydə alınan ən yüksək göstəricidir. Ötən il müvafiq göstərici 88.4 faiz, 2019-cu ildə isə 78.1 faiz olub.
 
Qeyd edək ki, qeydiyyat prosesi ilk dəfə bu ildən etibarən elektron formada həyata keçirilib. Müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən sürətli qeydiyyat, təhsil haqqının onlayn ödənilməsi, ödənişli əsaslarla qəbul olanlar sosial güzəşt, dövlət sifarişli qəbul olanlar isə qanunvericiliyin imkan verdiyi çərçivədə müəyyən olunmuş təqaüdün iki mislindən az olmayaraq təqaüdün əldə edilməsi üçün müraciət və digər imkanlardan daha çevik və rahat faydalana bilirlər.
 
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 113

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930