Cəlilabadda 15 gün ərzində 12 koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb
(26-08-2021, 09:46)


Cəlilabadda 15 gün ərzində 12 koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.
 
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad rayon sakini T.Əliyarlıya COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.
 
Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb
 
Onun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb
 
Qeyd edək ki, son 15 gün ərzində Cəlilabad rayonu ərazisində karantin rejim qaydalarını kobud şəkildə pozub yaşayış yerini tərk edərək ictimai yerlərdə aşkarlanan 12 şəxs barəsində cinayət işi başlanılıb.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 131

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930