Azərbaycanda qadın qaynı tərəfindən ölümlə təhdid edilir - FOTO
(16-08-2021, 13:15)


Azərbaycanda qadın qaynı tərəfindən ölümlə təhdid edilir - FOTO
Masallı rayon, Şərəfə kənd sakini Kazımova Rəfiqə Baxşəli qızı qaynı Əzizov Təhmasib tərəfindən təhdid edilir.
 
Bu barədə Oxu.Az-a R.Kazımova özü məlumat verib.
 
Onun sözlərinə görə, həyat yoldaşı rəhmətə getdikdən sonra qaynı torpaq sahəsi üstündə onu balta ilə öldürməklə təhdid edib.
 
Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.
 
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayevin Oxu.Az-a verdiyi məlumata görə, tərəflər arasında mübahisə torpaq sahəsi ilə bağlı yaranıb:
 
“Mübahisə ilə əlaqədar olaraq tərəflər qarşılıqlı şəkildə polisə müraciət ediblər. Hazırda məsələ ilə bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır. Müvafiq ekspertizalar təyin edilib”.
 
O qeyd edib ki, ekspertizanın rəyindən və aparılacaq araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
 

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 118

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930