Cəlilabadda "patı" satanlar saxlanılıb
(3-08-2021, 12:50)


Cəlilabadda
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Z.Ağayev və V.Qurbanov saxlanılıblar.
 
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, keçirilən baxış zamanı onların üzərindən hazır bükümlərdə "patı", "şüşə" kimi tanınan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
 
Faktlarla bağlı araşdırma aparılır
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 131

Xəbər lenti