Ağdaşda faciə: Fəhlə dəzgaha düşərək öldü
(2-08-2021, 11:24)


Ağdaşda faciə: Fəhlə dəzgaha düşərək öldü
İyulun 31-i saat 9 radələrində Ağdaş rayonu ərazisində yerləşən şirniyyat istesalı ilə məşğul olan müəssisədə 1992-ci il təvəllüdlü Ülvi Sadıqovun  ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Ağdaş rayon prokurorluğundan verilən məlumata görə, Ülvi Sadıqov fəhlə kimi işlədiyi “Orelay” şirniyyat müəssisəsində iş zamanı ehtiyatsızlıqdan dəzgahın içərisinə düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüb.
 
Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
 
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 140

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930