Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir
(31-07-2021, 11:17)

Bütün dünyada qəbul onduğu kimi, pandemiyaya qarşı mübarizənin ən effektiv yolu vaksinasiya prosesində fəal iştirak etməkdir. Dövlətimizin bu sahədə vaxtında və dəqiq yol xəritəsi hazırlamış olması, ölkəmizdə vaksinasiya prosesinin sürətlə davam etməsini təmin edib. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var və onların hər biri effektiv və təhlükəsizdir.
Onu da xatırladaq ki, COVID-19 əleyhinə vaksinasiyadan sonra yaranan immun cavabın dayanıqlılığı və müddətinin müəyyən olunması istiqamətində elmi tədqiqatlar davam etdirilir. Elmi tədqiqatlar göstərir ki, xəstəliyi keçirmiş şəxslərin qanında 6 aydan sonra anticisimlərin titri aşağı düşür. Bu səbəbdən “İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 ay qəbul edilib.
Sonda əminliklə deyə bilərik ki, Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır. Çünki Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir. Buna görə də peyvəndlənməni sosial məsuliyyət hesab edən hər bir vətəndaş özünü və ətrafındakı insanları qorumaq üçün bu prosesdə fəal iştirak etməlidir.
Nuranə Quliyeva,
YAP Göygöl rayon təşkilatının Göygöl rayon A.Şəmşir adına 7 illik uşaq musiqi məktəbi ərazi ilk partiya təşkilatının sədri
Ana səhifəyə qayıt
Oxunub: 163
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar