Evlərdə karantin qaydalarını pozaraq toy keçirənlər aşkarlandı
(23-07-2021, 11:21)


Evlərdə karantin qaydalarını pozaraq toy keçirənlər aşkarlandı
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulması hallarına rast gəlinib.
 
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Cardam kəndi ərazisində İsrail İsmayılova, Eymur kəndində Tofiq Musayevə məxsus yaşayış ünvanlarında keçirilən toy mərasimlərində müəyyən edilən say həddindən, yəni 50 nəfərdən artıq qonağın iştirak etdiyi aşkarlanıb. Həmin ev sahibləri ilə izahedici söhbətlər aparılıb və barələrində cərimə protokolları tərtib olunub.
 
Qarağan kənd sakini Əli İsmayılova məxsus evin həyətyanı sahəsində keçirilən toy mərasimində də karantin rejimindən irəli gələn qayda və tələblər pozulduğu üçün toy sahibi barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 132

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930