Ucarda üç şadlıq sarayı pandemiya qaydalarını pozdu
(23-07-2021, 10:51)


Ucarda üç şadlıq sarayı pandemiya qaydalarını pozdu
Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən tədbirlər zamanı rayon ərazisində yerləşən üç şadlıq sarayında pandemiya tələblərinin pozulduğu aşkarlanıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, tədbirlər zamanı “Xan”, “Taleh” və “Aygün” şadlıq saraylarında keçirilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi və qonaqların müəyyən edilən say həddindən artıq olması aşkarlanıb.
 
Aşkarlanan qayda pozuntuları ilə bağlı həmin sarayların inzibatçıları və toy sahibləri barəsində qanunamüvafiq tədbirlər görülüb.
 
Keçirilən tədbirlər nəticəsində rayonun Qazyan və Alpı kəndlərində də eyni qayda pozuntuları aşkarlanıb.
 
Belə ki, Qazyan kənd sakini Sabir Ələkbərovun və Alpı kənd sakini Murad Fəxrətovun təyin olunmuş qaydaları pozaraq evinin həyətində 50 nəfərdən çox şəxsin iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.
 
Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və məclisdə iştirak edən profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 134

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930