Salyanda avtomobil beton dirəyə çırpıldı, 3 nəfər xəsarət aldı
(15-07-2021, 09:16)

Salyanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Azsamand” markalı avtomobil anidən idarəetmədən çıxıb və yolun kənarındakı beton dirəyə çırpılıb.
Qəza nəticəsində Salyan şəhər, 20 yanvar küçəsinin sakinləri, 2002-ci il təvəllüdlü Tağızadə Fərhad İlqar oğlu, 2000-ci il təvəllüdlü Babayev Etibar İlqar oğlu və 2002-ci il təvəllüdlü Cavadov Vüqar Əlisahib oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ana səhifəyə qayıt
Oxunub: 137
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər