Ərə verilən 15 yaşlı qızın atası danışdı: "Qızım Bakıda..."
(13-07-2021, 18:40)

Kiçik Dəhnə kəndindən olan 15 yaşlı Müşgünaz adlı yeniyetmənin Bakının Maştağa kəndinə ərə verilməsi ilə bağlı yayılan xəbərə atası münasibət bildirib.
Yeniyetmənin atası qızı haqda yayılan məlumatları şayiə adlandırıb: “Bu dəqiqə polis şöbəsindəyik. Məsələ ilə bağlı araşdırma gedir. 15 yaşlı qızımı ərə verməyimiz barədə yayılan xəbərlər doğru deyil. Ayıbdır, bütün bunların hamısı şayiədir. Qızım Bakıda tibb bacılığı oxuyur”.
Qeyd edək ki, Şəki rayon Kiçik Dəhnə kənd icra nümayəndəsinin müavini Seyran Manafov Publika.az-a qızın evləndirilməsi ilə bağlı faktı təsdiqləyib.
Ana səhifəyə qayıt
Oxunub: 135
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər