Gəncə şəhərində, yol kəsən quldur dəstəsinin qanunsuz hərəkətlərinə dur deyən olacaqmı?!
(8-07-2021, 13:21)
Söhbət Gəncə şəhərinin mərkəzi küçələrindən biri olan,N.Nərimanov küçəsiylə kəsişən, A.İsgəndərov küçəsi 2-ci dalandan gedir.Belə ki ,müəyyən "işbazlar" tərəfindən Adil İsgəndərov küçəsinin Nəriman Nərimanov prospektiylə kəsişən hissəsi məqsədyönlü şəkildə kəsilərək,avtomobillərin və piyadaların hərəkəti tamamilə dayandırılmışdır.Avtomobillərin və piyadaların hərəkətini tamamilə məhdudlaşdıran quldur dəstə,adı qeyd olunan yolu kəsərək,öz biznes sahələrini genişləndirmək üçün küçə ilə prospektin kəsişdiyi sahəyə kiçik ticarət butiklərini yerləşdirərək,əhalinin hərəkətinə mane olmaqdadırlar.Yeni asfalt döşəmə ilə təmir olunmuş A.İsgəndərov küçəsinə dönən avtomobillər küçənin sonuna gəldikdə yol bağlı olduğundan geri hərəkət etməyə məcbur olurlar.Piyadalar üçün nəzərdə tutulmuş səkilər şəxsi isdifadə məqsədiylə tamamilə zəbt olunmuşdur.Piyadaların da hərərkəti həmən ərazidə tamamilə məhdudlaşdırılmışdır.Müəyyən məbləğ müqabilində küçə ticarətinə göz yuman sahə müvəkkilinin, aparılan qanunsuz tikintidən və quldurluqdan guya ki xəbəri yoxdur.Əslində bu quldur dəstəyə qol-qanad verən necə deyərlər " day-daylıq" edən,onların özləridir.Ticarət üçün nəzərdə tutulmuş tikintini aparan şəxs və ya şəxslər avtomobil yolunun və piyadalar üçün nəzərdə tutulmuş səkinin müəyyən hissəsini zəbt edərək yolu daraltmaqla yanaşı,piyadaların və avtomobillərin hərərkətini tamamilə məhtudlaşdırmışdırlar.Bu qədər özbaşınalığı məyər Gəncə polisi və ya adiyyatı orqanlar bilmirlər?"Yol hərəkəti haqqında"qanunun təyinatında göstərilir ki ,yol hərəkəti haqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkət etmək məqsədi ilə komples tədbirlər həyata keçirilməsi,yol hərəkəti ilə bağlı ,insanların həyatının və sağlamlığının qorunması,ətraf mühitin ,xüsusi,bələdiyyə və dövlət əmlakının mühafizəsi,yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarınını və bu sahədə dövlətin ,habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.
Heçkimə səlahiyyət verilmirki yol hərəkətinin qarşısını qanunsuz şəkildə dayandırsın vəya məhdudlaşdırsın.Üzümü burdan adiatı qurumlara tuturam.Yol xalqın , millətin mədəniyyətidir.Bu Millətin hər bir vətəndaşının rahat yaşamaq,rahat hərəkət etmək hüququ var.kimlərsə ciblərini dolduracaq deyə,kimlərsə əziyyət çəkməməlidir.
Daha ətraflı biləcəksiniz..
Qanunsuz küçə ticarətlərinə görə, yol hərəkətini isdədiyi kimi dayandıran şəxslır kimlərdir?
Küçə ticarətinə dolayı yolla nəzarət edən sahə müvəkkili kimdir?
Əsl Azərbaycanlı Bəxtiyar Sadayoğlu
08.06.2021
Ana səhifəyə qayıt
Oxunub: 163
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
Seçilənlər






